Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
MEDİA

Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar

<b>Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar</b>

Xəbər portalı Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədilə təsis edilib

Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı "Varşava Azərbaycanlılar Birliyi", "Vrotslav Azərbaycan Cəmiyyəti" və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.
Komitədən Trend-ə verilən məlumata görə, sayt polyak və Azərbaycan dillərində yayımlanır və “AzPolNews” adlanır.www.azpolnews.pl xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub.
Xəbər portalı Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədilə təsis edilib. Bundan sonra Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportajları, müfəssəl məlumatı həmin portal vasitəsilə izləmək mümkün olacaq.
Polşadakı yerli jurnalistlər yeni saytla ciddi əməkdaşlıq edirlər. Müxtəlif diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı gənclər, Azərbaycanın Polşadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da Avropada informasiya xidmətləri sahəsində yeni birgə layihələrə imza atmaq niyyətindədirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv