Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İDMAN

Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

<b>Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb</b>

Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Bu barədə məlumatı Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.
Onun sözlərinə görə, sentyabrın 14-15 də Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olaraq ən yüksək pillədə yer alıb. Maksim Şemberev 1.58.46 göstərici ilə qızıl medal qazanıb.
200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə avropa çempionu Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.
Yarışın ikinci günü 400 metr qarışıq üsül ilə üzmə yarışlarında isə Maksim Şemberev 4.13.61 nəticə ilə gümüş medal qazanıb. O bu yarışda 1000-də aniyə fərq ilə yalnız avropa çempionu Macarıstan idmançısı David Verrastodan dala qalıb.
Maksim Şemberev sentyabrın 28-29 da Niderlandın Eytxoven şəhərində keçiriləcək üzgüçülük üzrə dünya kubokunun üçüncü mərhələ yarışlarında iştirak edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv