Son xəbərlər
18 DEKABR
17 DEKABR
14 DEKABR
MEDİA

İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı

<b>İtaliyada yaşayan Türk jurnalist tarixi uğura imza atdı</b>

Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk Türkdür

Uzun illər İtaliyada yaşayan, eyni zamanda çox sayda media qurumunda təmsil olunan türk jurnalist, həmçinin İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin rəhbəri Dündar Keşaplı, Maltanın önəmli və köklü komandası “Sliema Wanderers” futbol klubunda məsul vəzifəyə təyin olunub. 25 ildən çox uğurlu jurnalist karyerasında çoxsaylı önəmli və özəl xəbərlərə imza atmasıyla tanınan Keşaplı “Sliema Wanderers” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr direktoru vəzifəsini icra edəcək. Keşaplı bununla yanaşı klubun UEFA ilə əlaqələrini həyata keçirəcək. Dündar Keşaplı belə bir vəzifəyə gətirilən ilk Türkdür. “Sliema Wanderers” klubunun prezidenti Keith Perry, Keşaplı ilə anlaşmış olmaları ilə bağlı “sizinle burada birlikdə işbirliyi həyata keçirib, çalışmaq mənim üçün qürurvericidir. Sizin təcrübələrinizlə birlikdə “Sliema Wanderers”ın daha da irəli gedəcəyini düşünürəm”, -deyə bildirib.
Jurnalist Keşaplı da ona həvalə edilən vəzifəyə görə, məmnunluq duyduğunu bildirərək, “gözəl bir işbirliyi olacaq. Bir ailə kimi olacağımızı düşünürəm. Bu vəzifəni də çox yaxşı formada yerinə yetirərək, klubu beynəlxalq və hər cür rəsmi tədbirlərdə uğurla təmsil edəcəyəm”, - deyə vurğulayıb.
İmza törənində “Sliema Wanderers”in prezidenti Perry ilə birliktə klubun baş direktoru sabiq italyan futbolçu Gianfranco Guazzoli də iştirak edib.
Xatırladaq ki, Dündar Keşaplı İtailya idman tarixində bir ilkə imza ataraq, 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyi İdarə Heyəti üzvlüyündə seçilmişdi. Bu gün hal hazırda idarə heyətinin xarici əlaqələr vəzifəsini icra etməklə yanaşı, Keşaplı nüfuzlu SKYTG24 və TGCOM24 xəbər kanallarında şərhçi kimi çıxış edir. O, həmçinin hazırda Türkiyənin TRT Spor və A spor kanallarının İtaliya təmsilçisidir.
Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv