Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
MƏDƏNİYYƏT

Rusiyanın tanınmış balet mütəxəssisi Bakıda ustad dərsləri keçəcək

<b>Rusiyanın tanınmış balet mütəxəssisi Bakıda ustad dərsləri keçəcək</b>

Rusiyanın tanınmış balet mütəxəssisi, Rusiyanın Xalq artisti, Dövlət mükafatı laureatı, beynəlxalq müsabiqələrin laureatı Mark Vladimiroviç Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub.
M.Peretokin vaxtilə Böyük Teatrın səhnəsində "Qu gölü", "Yatmış gözəl", "Jizel", "Raymonda", "Korsar", "Şopeniana", "Don Kixot", "İvan Qroznı", "Spartak", "Karmen-süita", "Qızıl əsr", "Romeo və Cülyetta", "Anyuta", "Parisdə sonuncu tango" və s. baletlərdə çıxış edib.
Teatrdan Trend-ə verilən məlumata görə, o, karyerası boyu SSRİ xalq artistləri Q.Ulanova, M.Plisetskaya, N.Fadeyev, M.Lavrovski, B.Akimov, A.Messerer və s. görkəmli pedaqoq və baletmeysterlərlə çalışıb və əldə etdiyi təcrübəni pedaqoji fəaliyyəti ərzində reallaşdırıb.
Oktyabrın 1-dən 31-nə kimi Bakıya dəvət olunan Peretokin balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşalarında onların ustalığının cilalanmasında yardım edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv