Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
SOSİAL

Komitə sədri: Əsirlikdən azad olanların 223-ü uşaq, 363-ü qadındır

<b>Komitə sədri: Əsirlikdən azad olanların 223-ü uşaq, 363-ü qadındır</b>

“1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu uşaqlar təşkil edir”

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqrımı dünyanın 10 dövləti tərəfindən tanınıb.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olub:
“Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Eyni zamanda 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bizi çox narahat edir. Mən vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv