Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Şefçoviç: Azərbaycan regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən “Cənub Qaz Dəhlizi“nin əsas iştirakçısıdır

<b>Şefçoviç: Azərbaycan regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən “Cənub Qaz Dəhlizi“nin əsas iştirakçısıdır</b>

Azərbaycan və bütün Xəzər regionu energetika sahəsində Avropanın mühüm tərəfdaşlarıdır

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən VII Beynəlxalq "Caspian Energy 2018" forumunun iştirakçılarına videomüraciətində deyib.
M.Şefçoviç qeyd edib ki, Azərbaycan Avropaya enerji resurslarını şaxələndirməyə və regional geosiyasi balansı yaxşılaşdırmağa imkan verən "Cənub Qaz Dəhlizi"nin əsas iştirakçısıdır.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq:
"2020-ci ildə Azərbaycan qazının ilk həcmləri Avropaya çatacaq. Bu, həm dövlətlərin, həm də iştirakçı ölkələrin özəl sektorlarının siyasi və iqtisadi səylərinin kulminasiyası adlandırıla biləcək tarixi hadisə olacaq. Qaz Avropa ölkələrinə yalnız öz energetika hədəflərinə çatmağa kömək etməyəcək, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələr bundan faydalanacaq".
M.Şefçoviçin fikrincə, bundan başqa, "Cənub Qaz Dəhlizi"nin uğurlarından alternativ enerji, ekologiya və digər sahələrdə əməkdaşlıq üçün də yararlanmaq olar.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv