DÜNYA
Tramp: ABŞ-ın ən böyük səhvi o olub ki...

ABŞ Prezidenti Donald Tramp öz ölkəsinin tarix boyu ən böyük səhvini qeyd edib
Trend-in məlumatına görə, D.Trampın fikrincə bu, Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub.
ABŞ Prezidenti bildirib ki, bu kampaniya ölkəyə 7 trilyon dollara və hər iki tərəfə milyonlarla insan həyatı bahasına başa gəlib:
“Barak Obama bəlkə də qoşunları oradan çıxarmaqla düz addım atmayıb, amma bu qoşunları oraya yeritmək də lazım deyildi. Bu, ABŞ tarixində ən böyük səhv idi”.