Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
SOSİAL

Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb

<b>Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb</b>

Londonda fəaliyyət göstərən “BL Network” şirkətinin təşəbbüsü ilə sentyabrın 21-də Bakıda “Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi gəncləri Azərbaycanda və dünyada rəqəmsal ekosistem barədə məlumatlandırmaq, startapa necə başlamalı və maliyyə mənbələrinə çıxış yolları barədə həm praktik, həm də nəzəri cəhətdən bilikləri çatdırmaq olub. Xüsusən də, konfransda iştirak edən gənclərin kraudfandinq, kraudinvestinq, toxum investor, vençur kapital və mələk investorlarla bağlı bilik və bacarıqlarının artırılması hədəflənib.
Konfransda inkubasiya və akselerasiya prosesindən keçmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı “EnterpriseAzerbaijan.com” portalının imkanları da təqdim edilib.
“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə baş tutub. Konfransın təşkilatçısı “BL Network” Londonda əsasən, investisiya, bankçılıq, maliyyə, siyasət, hüquq, elm və fəlsəfə ilə bağlı mövzuların ətrafında beynəlxalq tələbələr və mütəxəssislər qrupu tərəfindən idarə olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv