Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü tədbirləri

<b>Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü tədbirləri</b>

Paytaxt məktəblərində 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Beynəlxalq Sülh Gününə həsr olunan konfranslar, mühazirə və “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, inşa müsabiqəsi, bədii qiraət gecələri təşkil edilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub, divar qəzetləri, bülletenlər, stend və guşələr hazırlanıb.
Silsilə tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdir.
Tədbirlərdə, ənənəvi olaraq, 21 avqust–21 sentyabr tarixlərində ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.
“Bəşəriyyətə sülh gərək”, “Göyərçinim-sülh quşum”, “Azərbaycan sülh tərəfdarıdır”, “Yurdda sülh, cahanda sülh”, “Biz sülh istəyirik”, “Sülh insan həyatının təminatıdır”, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Sülhə gəlin, ey insanlar!” kimi mövzularda keçirilən tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv