Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
İDMAN

Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

<b>Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb</b>

Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib

AZƏRTAC xəbər verir ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib.
Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva bildirib ki, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yetirmələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axsamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi.
Qazaxıstan milli komandasının baş məşqçisi Rikardo Kaka deyib: "Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum. Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv