Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 221 akt və protokol tərtib olunub

<b>Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 221 akt və protokol tərtib olunub</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 221 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 53 iş üzrə 32600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 39843,48 manat məbləğində iddia qaldırılıb. Bundan əlavə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 104 iş üzrə 29511,71 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 38, icra qurumlarına 30, məhkəmələrə isə 4 iş göndərilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv