Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SOSİAL

Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

<b>Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb</b>

2018-ci ilin yanvar-avqust aylarında kompüter, elektron və optik məhsullar, elektrik avadanlığı istehsalı sahələrində 185,5 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 9,6 faiz azalıb, elektrik avadanlığı istehsalı isə 3,0 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 2,4 dəfə, elektrik paylayıcı və nəzarət cihazları hissələrinin istehsalı 2,5 dəfə artıb, məişət soyuducularının istehsalı 36,6 faiz azalıb.