Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
MEDİA

“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb

<b>“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb</b>

Sentyabrın 26-da “Park İn” otelində “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimdə səhiyyə mütəxəssisləri, həkimlər, pilot layihənin həyata keçirildiyi rayonların və kütləvi-informasiya vasitələrinin 35 nümayəndəsi iştirak edir.
Təlimdə İcbari Tibbi Sığorta Agentliyi monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” və tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov “İcbarı tibbi sığorta sistemi, təminatlar və istisnalar zərfləri” mövzularında məruzə ediblər.
Təlimdə Avropa İttifaqının “Azərbaycanda İTS sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin, icbari tibbi sığortanın pilot layihəsinin həyata keçirildiyi Yevlax rayonu və Mingəçevir şəhərindən olan həkimlərin də çıxışları dinləniləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv