Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Daha 1582 nəfər müəllim adını qazanıb

<b>Daha 1582 nəfər müəllim adını qazanıb</b>

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1582 namizəd uğur qazanıb.
Müəllim adını qazanmış şəxslər sentyabrın 27-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı boş qalan yerlərə növbəti turun oktyabrda keçirilməsi nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv