Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
SOSİAL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı YAP sıralarına qəbul edilib

<b>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı YAP sıralarına qəbul edilib</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizdə böyük nüfuza sahibdir və yarandığı gündən ölkəmizin ictimai siyasi həyatında şərəfli bir yol keçib. Nazir ictimaiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən YAP-ın cəmiyyətdə aparıcı rolunun gündən-günə daha da möhkəmləndiyini qeyd edib.
S.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi təcrübəsinə əsaslanan YAP ölkəmizdə ən güclü siyasi təşkilatdır və ictimai nüfuzuna görə ona bərabər mövqedə duran başqa bir partiya mövcud deyil. O, Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, partiyanın sədri İlham Əliyevin fəaliyyəti dövründə partiyanın nüfuzunun daha da yüksəldiyini bildirib.
Nazir bildirib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların əksəriyyəti də gənclərdən ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gənc əməkdaşları buna əyani nümunədir. O, YAP sıralarına qəbul olunmaq üçün ərizə verən əməkdaşların ölkənin ictimai siyasi həyatında fəal rol oynayacağına əminliyini ifadə edib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində bura üzv olmaq istəyənlərin sayı artıb.
Ərazi ilk partiya təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Anar Əliyev bildirib ki, hazırda nazirliyin ümumilikdə 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə verib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.
İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv