Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
HADİSƏ

Bakıda keçirilən “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanır

<b>Bakıda keçirilən “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanır</b>

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi sentyabrın 27-də davam edir

AZƏRTAC xəbər verir ki, sərginin üçüncü günü kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər sərgini ziyarət edirlər.
“ADEX-2018” sərgisini ziyarət edənlər arasında, həmçinin yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, tələbələr ilə yanaşı, gənclər və ictimaiyyətin nümayəndələri də var.
Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.
Sərgidə təqdim olunan Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgiyə 270-dən artıq məmulatla qatılıb.
“ADEX-2018” sərgisində 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətləri iştirak edir. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Şirkətlərin sayına görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.
“ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunur.
Sərginin açıq meydançasında isə müxtəlif xarici şirkətlərin hərbi və xüsusi təyinatlı texnikası, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün nəzərdə tutulan vasitələrdən ibarət statik ekspozisiya yerləşdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv