Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
HADİSƏ

Azərbaycan İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

<b>Azərbaycan İlahiyyat İnstitutu Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır</b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “İskrennost” jurnalının baş redaktoru Səfa Kərimov ilə görüş keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu institutun rektoru Ceyhun Məmmədov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirən C.Məmmədov Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu deyib. Aİİ-nin fəaliyyət istiqamətləri barədə məlumat verən rektor rəhbərlik etdiyi ali təhsil ocağında beynəlxalq əlaqələrə xüsusi önəm verildiyini, müxtəlif dünya ölkələrinin qabaqcıl ali təhsil müəssisələrinin təcrübələrindən yararlandığını vurğulayıb. Ölkələrimiz arasında yüksək dostluq və əməkdaşlıq münasibətlərindən danışan C.Məmmədov Aİİ-nin Rusiya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Aİİ-nin Qafqazda, eləcə də dünyada qabaqcıl təhsil müəssisəsi olmağı qarşısına məqsəd qoyduğunu deyən rektor bu institutda rus, ingilis və ərəb dillərində qrupların açılmasının planlaşdırıldığını, xarici ölkə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının burada təhsil almalarına hər cür şərait yaradılacağını qeyd edib.
Aİİ-nin yaradılmasını tarixi bir hadisə kimi dəyərləndirən S.Kərimov institutun məqsəd və hədəflərini yüksək qiymətləndirib. O, Aİİ ilə Rusiya universitetləri arasında əlaqələrin qurulmasına dəstək verməyə hazır olduğunu, tələbə, müəllim mübadiləsinin mümkünlüyünü bildirib.
Görüşdən sonra S.Kərimov institutun kitabxanası ilə tanış olub. Kitabxana fondunun zənginliyindən heyranlığını bildirən qonaq kitabxananın müxtəlif dillərdə ədəbiyyatlarla təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv