Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Fərdi qaydada fəaliyyət göstərən vəkillər növbətçiliyə cəlb olunacaqlar

<b>Fərdi qaydada fəaliyyət göstərən vəkillər növbətçiliyə cəlb olunacaqlar</b>

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclasda kollegiyanın sədri Anar Bağırov son dövrlər Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.
Həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbi nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ilk dəfə olaraq regionlarda və Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkillərin dövlət hesabına hüquqi yardımla bağlı növbətçiliyə cəlb olunması barədə qərar qəbul edilib. Bununla bağlı, növbəti ay üçün fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəli Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsinin “Elanlar” bölməsində dərc olunacaq.
Qeyd edilməlidir ki, vəkil qurumu olmayan və fərdi vəkil sayı az olan regionlarda növbətçilik cədvəli üzrə növbədə olan vəkil üzrlü səbəbdən növbətçilik vəzifələrini yerinə yetirə bilmədikdə onun yerinə digər vəkilin növbətçilik qaydasında məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarına getməsinin zəruriliyi bildirilib.
İclasda, həmçinin “Vəkil orderi və order markası haqqında” Əsasnamənin layihəsi müzakirəyə təqdim olunub və müvafiq əlavə və dəyişikliklər edilməklə adıçəkilən sənədin 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minməsi barədə qərar qəbul edilib.
Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Tovuz rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində “İsmayılbəyli və partnyorları”, “Femida”, 21 və 22 saylı vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul edilib.
Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılması və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul edilib. On bir iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib və 1 intizam işi üzrə icraat eyni məzmunlu şikayət ilə bağlı hüquq mühafizə orqanında araşdırma aparılması əsası ilə dayandırılıb. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv