Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür

<b>Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür</b>

Məlum olduğu kimi, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin fayllar Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilib. (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv