Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
MƏDƏNİYYƏT

Şamaxıda Nəsimi Festivalı çərçivəsində “Söz“ ədəbi layihəsinin finalçılarının yaradıcılıq axşamı keçirilib

<b>Şamaxıda Nəsimi Festivalı çərçivəsində “Söz“ ədəbi layihəsinin finalçılarının yaradıcılıq axşamı keçirilib</b>

Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq

Şamaxı rayonunun Meysəri kəndində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqənin finalçılarının iştirakı ilə tədbir keçirilib. Şərqin dahi şairi və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunmuş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Festival ilk dəfə olaraq Azərbaycanda sentyabrın 27-dən 30-dək keçirilir.
“Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə Trend-ə bildirib ki, müsabiqədə gənc şairlər Nəsimiyə həsr olunmuş və ya şairin klassik üslubunda ifa olunmuş əsərlərini təqdim ediblər:
“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən birinci Nəsimi Festivalı ölkənin mədəni həyatında vacib hadisədir. Bizim üçün bu cür möhtəşəm festivalda iştirak etmək böyük şərəfdir. Festival çərçivəsində yüzə yaxın gənc şairin iştirak etdiyi poeziya müsabiqəsi keçirildi və onlardan 15 nəfəri finala çıxdı. Əsərlər təkcə Azərbaycan dilində yox, həm də rus və ingilis dillərində səsləndirilib. Sentyabrın 30-u Nəsimi Festivalının bağlanış mərasimində Bakı Media Mərkəzində tamaşaçılara çox maraqlı proqram – İmadəddin Nəsiminin poeziyası əsasında məşhur aktyorlar Mehriban Zəki, Pərviz Məmmədrzayev, Mələk Abbaszadə, Gülzar Qurbanova və Tural Əhmədin iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim olunacaq. Bundan başqa, tədbir zamanı Nəsimiyə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçiriləcək”.
Tədbirdə Azərbaycanın “Le Gardiens du Silence” (“Sükut keşikçiləri”) qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edilib. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunub.
Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq. Layihə beynəlxalq miqyasda, müasir cəmiyyətdə mənəviyyat haqqında yazan dünya şöhrətli ifaçıların, filosofların, alimlərin, həmçinin bu sahədə peşəkar və həvəskarların, o cümlədən – geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılır.
Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival bilet və dəvətnamələr əsasında deyil, sırfwww.nasimifestival.live rəsmi saytında qeydiyyat vasitəsi ilə həyata keçiriləcək. Burada həmçinin layihə barədə təfərrüatları öyrənmək olar. Buna görə də saytda bu və ya digər tədbirə giriş bileti üçün qeydiyyatdan keçmək lazımdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv