Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İDMAN

Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru

<b>Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru</b>

Atçılıq Federasiyasının uzun illər ərzində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü fəaliyyətin növbəti təzahürü olub

Azərbaycan millisinə azarkeşlik etmək üçün İtaliyaya gəlmiş bütün həmyerlilərimiz, həmçinin komandamızın hər bir oyununun nəticəsini böyük ümidlə gözləyən hər bir Azərbaycan polo sevərləri üçün milli yığmamızın İtaliyanın Siyene şəhərində sentyabr ayının 20-dən başlanan qızıl medallar uğrunda zəfər yürüşü möhtəşəm və çoxdan gözlənilən bir hədiyyə olub.
Millimizin daha güclü olmasını ardıcıl olaraq sübut etdiyi Niderland, ikiqat Avropa çempionu olan Fransa, Slovakiya və nəhayət turnirin favoriti olan İrlandiya yığmaları ilə görüşlərdə idmançılarımızın mübarizliyi və iradə qüvvəsi hər birimizə fərəh dolu anlar yaşadıb.
Turnir günlərində İtaliyanın Toskaniya kimi qədim diyarında yığmamızın hər növbəti qələbəsi ürəklərmizdə qalibiyyət simfo-niyasını səsləndirməklə yanaşı əcnəbi polo mütəxəssislərinin Azərbaycan komandasının nümayiş etdirdiyi fenomenal oyun haqqında etirafları qəlbimizi qürur hissləri doldurub.
30 sentyabr tarixində keçirilmiş Avropa Çempionatının son və həlledici oyununda yaşadığımız duyğular həmin hisslərin məntiqi davamı və kulminasiyası olub.
Yerli sakinlərin və xaricdən gəlmiş çoxsaylı polosevərlərin böyük həyacan, maraq və gərginliklə izlədikləri İtaliya və Azərbaycan yığma komandaları arasında final yarışması bütün gözləntiləri artıqlaması ilə doğruldub.
Avropa birinciliklərində hər zaman güclü oyun göstərən, 3 finalda iştirak edərək 2005-ci ildə qitə çempionatının qalibi olmuş İtaliya yığması üçün doğma meydanda keçirilən turnirdə birinciliyin bir şərəf işi olmasını, rəqibimizin final oyununa çox ciddi hazırlaşacağını, millimizin oyun tərzinin diqqətlə öyrəniləcəyini, oyunun gedişatından asılı olaraq hansı üsul və fəndlərdən yararlanmağımızın ciddi təhlil ediləcəyini gözəl anlayan yığmamızın üzvləri bu oyunda qələbə qazanmaq üçün bütün qüvvə və bacarıqlarını səfərbər ediblər.
Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atmış Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi və döyüş ruhu qitə birinciliyinin ən böyük sürprizi olub.
Son dərəcə gərgin keçən və dramatik anlarla yadda qalan final yarışmasında rəqiblərinə 8:4 hesabı ilə məğlub olmalarına baxmayaraq idmançılarımız Azərbaycan atçılıq idmanı tarixinə yeni və möhtəşəm səhifə yazıblar.
Milli yığmamızın bu uğuru Prezident İlham Əliyevin atçılıq idmanına göstərdiyi ali diqqət və qayğının gerçək nəticəsi, Atçılıq Federasiyasının uzun illər ərzində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü fəaliyyətin növbəti təzahürü olub.
Böyük uğur münasibətlə Azərbaycan millisini və bütün idman azarkeşlərini təbrik edir, bundan da yüksək zirvələrin fəth edilməsini arzulayırıq!









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv