Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Aydın Səfixanlı: Rəsmi Yerevan danışıqların yalnız Azərbaycan və Ermənistan arasında aparılmalı olduğunu anladı

<b>Aydın Səfixanlı: Rəsmi Yerevan danışıqların yalnız Azərbaycan və Ermənistan arasında aparılmalı olduğunu anladı</b>

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra bir daha məlum oldu ki, Ermənistan tərəfinin bu günə kimi sərgilədiyi siyasət və ritorika yalnız daxili auditoriaya hesablanmış populist çıxışlardan başqa bir şey deyil

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbəri artıq münaqişənin nizamlanması üzrə danışıqlarda işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimi tərəf kimi irəli sürməyərək, danışıqların yalnız Azərbaycan və Ermənistan arasında aparılmalı olduğunu anlamış oldu:
"Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın yeni rəhbərliyinin bundan əvvəl irəli sürdüyü fikirlər nə beynəlxalq hüququn norma və prinsiplərinə, nə də ki, BMT nizamnaməsinə uyğun deyil. Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı da məhz bu kimi absurd iddialarla yadda qaldı".
A.Səfixanlı qeyd edib ki, beynəlxalq problemlərin və münaqişələrin həlli prosesində yalnız beynəlxalq hüququn subyektləri iştirak edə bilərlər. Beynəlxalq hüququn əsas və ilkin subyekti isə BMT tərəfindən tanınmış dövlətlərdir.
Ombudsman Aparatının rəhbəri bildirib ki, ümumiyyətlə, beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olmalıdır:
"Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına təsir göstərməyə çağırıb. Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, nə qədər tez işğalçı ərazi iddialarını bir kənara qoyaraq Azərbaycanın ərazilərindən qoşunlarını geri çəkəcəklərsə, bir o qədər də tez regionumuzda sülh bərqərar olacaq və Ermənistanın inkişaf perspektivləri açılacaq. Sülh, mehriban qonşuluq münasibətlərinin qurulması qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən mümkün deyil".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv