Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
DÜNYA

İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb

<b>İndoneziyada zəlzələdən sonra ən azı 1200 məhkum həbsxanadan qaçıb</b>

İndoneziyada baş vermiş zəlzələdən sonra Mərkəzi Sulavesi vilayətində yerləşən həbsxanalardan ən azı 1200 məhkum qaçıb

Trend-in məlumatına görə, faktı İndoneziya Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib.
O, əmin olduğunu bildirib ki, məhbuslar yeraltı təkanlar nəticəsində zərər çəkməkdən qorxduqları üçün qaçıblar: "Aydındır ki, bu onlar üçün ölüm-dirim məsələsi idi".
Dunqala rayonunda 343 məhkumun qaçdığı həbsxanada isə zəlzələdən sonra yanğın baş verib. Onların əksəriyyəti korrupsiya və narkotiklərlə əlaqədar cinayətlərə görə həbs edilib.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv