Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Bəhruz Quliyev: Bir daha təsdiq edildi ki, Ermənistan münaqişə tərəfidir, danışıqlar da onunla davam etdiriləcək

<b>Bəhruz Quliyev: Bir daha təsdiq edildi ki, Ermənistan münaqişə tərəfidir, danışıqlar da onunla davam etdiriləcək</b>

Düşənbədə MDB Sammiti çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı söhbətin ardınca qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi aşırı bəyanatlara və kəskin ritorikalara son qoyulmuş oldu

Bunu Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də bu danışıqlara cəlb edilməsi iddiası aradan qaldırıldı: “O cümlədən, bu amil bir daha təsdiq etdi ki, Ermənistan münaqişə tərəfidir, gələcəkdə aparılacaq danışıqlar da onunla davam etdiriləcək. Məhz bu yolla normal danışıqlar prosedurunu qurmaq, nəticələr əldə etmək mümkündür”.
Ekspert digər bir mühüm məsələyə də toxunaraq, təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması barədə qəbul edilən qərarın münaqişənin tənzimlənməsi istiqamətində rol alacağını deyib:
“Əlbəttə ki, bu anlaşma məhz Prezident İlham Əliyevin apardığı səlis diplomatik siyasətin uğurlu göstəricisidir və tərəflər arasında qəbul ediləcək növbəti qərarlar münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz töhfələrini verə bilər. Çünki görünən də budur ki, artıq Ermənistan tərəfi də danışıqların əvvəlki mövqeyinə qayıtmaq istəyində olduğunu göstərməkdədir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv