Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Metyu Brayza: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır

<b>Metyu Brayza: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır</b>

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir: “Liderlərin danışıqlar prosesinə sadiq qaldıqlarını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunun təbliğ etdiyi sağlam düşüncənin nəticəsidir”.
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün zəruridir və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv