Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Komitə rəsmisi: 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik

<b>Komitə rəsmisi: 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik</b>

Azərbaycanda artıq milli dini ədəbiyyatı formalaşdıra biləcək güc var

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.
Onun sözlərinə görə, bu il dini ədəbiyyatların ekspertizası zamanı yeni prioritet də nəzərə alınır: "Bəzi ədəbiyyatlar Azərbaycana lazımdırmı?! Bir-birini təkrarlayan ədəbiyyatlar həddindən artıq çoxdur. Bu, insanların daha geniş məlumat almasını çərçivəyə salır. Adı belə öz ölkəsində tanınmayanların kitabları tərcümə edilir, amma artıq özümüzün dini ədəbiyyat yaza biləcək kifayət qədər müəllifimiz var. Təbii ki, tərcümə ədəbiyyatının əleyhinə deyilik, klassik ədəbiyyatlar tərcümə olunmalıdır, amma 21-ci əsr müəlliflərinin təkrarlanan dini kitablarının ölkədə yayılmasının tərəfdarı deyilik".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv