Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Azərbaycanda işgüzar səfərdədir

<b>Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Azərbaycanda işgüzar səfərdədir</b>

Mülki Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, professor Tatyana Anodina Azərbaycana işgüzar səfərdədir

Azərbaycan Hava Yolları QSC-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Baş nazir Novruz Məmmədov, eyni zamanda Azərbaycan hökümətinin nazirləri ilə görüşlər keçirilib. Görüşlər zamanı Dövlətlərarası Şura tərəfindən 2015-2018-ci illərdə Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən böyük beynəlxalq tədbirlər müzakirə olunub.
Tatyana Anodina mülki aviasiya obyektlərini və təşkilatlarını ziyarət etmiş və AZAL prezidenti Cahangir Əsgərov ilə görüşüb. Tərəflər uçuşların təhlükəsizliyinin bundan sonra da artırılması, aviasiya texnikası, hava limanları və təmir müəssisələrinin sertifikatlaşdırılması məsələlərini nəzərdən keçiriblər.
Dövlətlərarası Şuranın prezidenti 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumunun işində iştirak edib.
Tatyana Anodina bu günlərdə Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının yarışlarına baxıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv