Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy və Gəncədə işəgötürənlərin iştirakı ilə seminar keçirib

<b>Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy və Gəncədə işəgötürənlərin iştirakı ilə seminar keçirib</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Goranboy rayonu və Gəncə şəhərində işəgötürənlərin iştirakı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması və “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzularında seminar keçirib

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Goranboy rayonu və Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Naftalan, Samux, Göygöl rayonlarından olan işəgötürənlər, təhsil işçiləri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin nümayəndələri iştirak edib.
Seminarda qanunvericiliydə uşaqların əmək hüquqlarının həyata keçirilməsində təminatlar, qeyri-rəsmi məşğulluğun işçilərin sosial-əmək hüquqlarının pozulmasına təsiri, insan hüquq və azadlıqlarının təmin olunması və digər mövzularda müzakirələr aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv