Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
SOSİAL

Rektor Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları direktoru Sibel Uğurla görüşüb

<b>Rektor Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları direktoru Sibel Uğurla görüşüb</b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları qrup direktoru Sibel Uğurla görüşüb

Ali Məktəbdə baş tutan görüşdə rektor Sibel xanıma BANM, burdadakı təlim-tədris prosesi, nailiyyətləri və məzunları haqqında ətraflı məlumat verib. Elmar Qasımov bildirib ki, SOCAR-ın Türkiyədəki STAR Net Emali Zavodu və Petkim Petrokimya Holdinqində 30-dan çox BANM məzunu çalışır, bundan başqa hər yay onlarla tələbə yay istehsal təcrübəsinə göndərilir.
BANM-da olmaqdan məmnun olduğunu və Ali Məktəb haqqında maraqlı faktları və nailiyyətləri yüksək qiymətləndirdiyini bildirən Sibel Uğur BANM-ın məzunlarının da SOCAR-ın Türkiyədəki müəssisələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Tezliklə işçilərin ixtisaslarının artırılması, sahəninin yeniliklərini mənimsəməsi məqsədilə SOCAR Türkey Academy yaradılacağını bildirən Sibel xanım, bu istiqamətdə BANM-ın böyük dəstəyinə ehtiyac olacağını qeyd edib.
SOCAR Türkiyənin İnsan resurları qrup direktoru bu tədris ilinin sonunda da, keçən illərdə olduğu kimi BANM məzunlarından seçilərək SOCAR Türkiyəyə işləməyə göndəriləcəyini söyləyib.
Görüşdə həmçinin BANM-ın tələbələrinin Sibel Uğurla görüşünün təşkil edilməsi, onun tərəfindən gənclərə karyera və motivasiya seminarının keçirilməsi razılaşdırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv