Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
HADİSƏ

Bakı metrosunun yeni stansiyasını fərqləndirən cəhət - Ayrıca elektrik yarımstansiyası inşa olunur

<b>Bakı metrosunun yeni stansiyasını fərqləndirən cəhət - Ayrıca elektrik yarımstansiyası inşa olunur</b>

Bakı Metropoliteninin yeni tikilən stansiyasında yeni və fərqli texnologiyalar tətbiq ediləcək

Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək:
"Bu stansiyanın gətirəcəyi daha bir yenilik elektrik təchizatı ilə bağlı olacaq. Burada elektrik yarımstansiyası inşa olunur. Onun ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla da Bənövşəyi xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək".
O əlavə edib ki, gələcəkdə tikiləcək bütün yeni xətlərdə eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq.
Qeyd edək ki, yeni stansiyanın tikintisi üzrə işlərin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv