Son xəbərlər
14 DEKABR
13 DEKABR
12 DEKABR
İQTİSADİYYAT

Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək

<b>Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək</b>

Sabah Moskvada “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində Azərbaycanla Rusiya arasında elektroenergetika sahəsində əməkdaşlığa dair işçi qrupunun iclası keçiriləcək

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda yüksək gərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi, “Samur” çayının hidroenergetik resurslarının öyrənilməsi, Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC ilə “Azərenerji” ASC arasında əməkdaşlıq, iki ölkə arasında rabitə kanallarının təkmilləşdirilməsi və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
Azərbaycan tərəfdən işçi qrupuna nazir müavini Natiq Abbasov, Rusiya tərəfdən isə bu ölkənin energetika nazirinin müavini Anatoli Yanovski başçılıq edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv