Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
HADİSƏ

RF nazir müavini: Azərbaycan və Rusiya Şimali Qafqaz kurort bölgələrində iki sanatoriya tikəcəklər

<b>RF nazir müavini: Azərbaycan və Rusiya Şimali Qafqaz kurort bölgələrində iki sanatoriya tikəcəklər</b>

Rusiya və Azərbaycan Şimali Qafqaz regionunda SPA kompleksin tikintisi üzrə yeni birgə layihənin reallaşdırılması üzərində işləyirlər

Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
Nazir müavini qeyd edib ki, hazırda Kislovodsk və Jeleznovodsk kurort şəhərlərində birgə layihə hazırlanır:
"Jeleznovodskda layihə fəal hazırlıq mərhələsinə keçib. İnşaat işləri üçün ərazi müəyyən edilib, 400 yerlik sanatoriyanın tikintisi ilə bağlı sənədlər hazırlanır. Obyektin 2020-ci ildə təhvil veriləcəyi müəyyənləşdirilib. Bununla yanaşı, Rusiya tərəfi ərazi təqdim edib ki, bu da ikitərəfli tərəfdaşlıq şəraitində biznesi inkişaf etdirməyə imkan verə bilər".
O.Ruhullayeva bildirib ki, Azərbaycan investoru, öz növbəsində, "İstoçnik" sanatoriyası" investisiya layihəsinin reallaşdırılmasına hazır olduğunu ifadə edib.
Onun sözlərinə görə, müasir sanatoriya-kurort kompleksinin yaradılması üzrə daha bir layihəni Azərbaycan tərəfinin təşəbbüsü ilə Kislovodskda həyata keçirmək planlaşdırılır:
"2017-ci ilin aprelində Azərbaycan tərəfi ilə dövlət mülkiyyətində olan "Akademiçeskiy" sanatoriyasının yenidən qurulması haqqında niyyət sazişi imzalayıb. Obyekt "Kislovodskiy" milli parkından piyada 2 dəqiqəlik məsafədə 4,9 hektar sahədə yerləşir. Stavropol diyarı hökuməti tərəfindən investora bu layihənin reallaşdırılması üçün vergi güzəştləri təqdim etmək planlaşdırılır".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv