Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
HADİSƏ

Gömrükçülər avtomobildən xeyli miqdarda pirotexniki vasitə və fişəng aşkar ediblər

<b>Gömrükçülər avtomobildən xeyli miqdarda pirotexniki vasitə və fişəng aşkar ediblər</b>

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Volkswagen sharan" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib

DGK-dan Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin döşəməsində xüsusi düzəldilmiş yerdən vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, üzərində "Pirat" yazılmış 80, üzərində "Petards" yazılmış 480 qutu pirotexniki vasitə, üzərində "Roman Gandle" yazılmış 215 və üzərində "Gepesi" yazılmış 15 ədəd fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv