Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Türkiyədə keçirilən beynəlxalq simpoziumda ölkəmizi Aİİ-nin müəllimi təmsil edib

<b>Türkiyədə keçirilən beynəlxalq simpoziumda ölkəmizi Aİİ-nin müəllimi təmsil edib</b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov 29-30 sentyabr 2018 ci il tarixində Türkiyənin İbrahim Çeçen Universitetində keçirilən “İslam düşüncəsində insan” İkinci Beynəlxalq Ahmed Hani Simpoziumunda iştirak edib

Beş xarici ölkədən 71 alimin iştirakı ilə keçirilən simpoziumda böyük Osmanlı alimi Ahmed Haninin İslam düşüncəsinə və mədəniyyətinə verdiyi töhfələr, yazdığı mühüm əsərlər və göstərdiyi xidmətlər haqqında məruzələr dinlənilib.
Simpoziumda ölkəmizi təmsil edən dosent Anar Qafarov “İslam fəlsəfəsinin insan təsəvvüründə vicdan məfhumu - Nəsirəddin Tusi nümunəsində” adlı məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan filosofu N.Tusinin İslam düşüncəsi və mədəniyyətindəki yerindən, əhəmiyyətindən bəhs olunub. İslam əxlaq fəlsəfəsində, xüsusən də N.Tusinin fəlsəfəsində vicdan məfhumuna toxunan alim bu məfhumun mahiyyətinin İslam əxlaq düşüncəsinin əsas mənbəyini təşkil edən Quran və hədislərdə mövcud olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, Aİİ-nin müəllimi dosent A.Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi nəşr edilib. Gənc alimin fəlsəfi əsərləri Türkiyə universitetlərinin ilahiyyat və fəlsəfə fakültələrinin bakalavr, magistr və doktorantura təhsilində tədris vəsaiti kimi istifadə olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv