Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SİYASƏT

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

<b>Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib</b>

Bahar Muradova: Milli Məclisə göndərilən sənədlərə baxılmaması iddialarına münasibət bildirdi: Qətiyyən belə deyil

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclası Milli Məclisin vitse-spikeri, komitə sədri Bahar Muradova açaraq İnsan hüquqları komitəsinin fəaliyyəti haqqında məlumat verib.
O qeyd edib ki, yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyəti qurumlara göndərilib: "Biz sənədlərin bir çoxunu aidiyyəti üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”.
O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib: “Deyirlər, guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv