Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
HADİSƏ

Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib

<b>Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib</b>

Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibədə iştirak etmək üçün ərizə verən namizədlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, sentyabrın 17-də elan etdiyi müsahibəyə 12 dövlət orqanı üzrə ümumilikdə 265 vakant vəzifə çıxarılıb. Oktyabrın 3-nə olan məlumata əsasən, müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib. Ən çox müraciət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (15 yerə 352 nəfər), Dövlət Statistika Komitəsi (84 yerə 329 nəfər) və Maliyyə Nazirliyi (34 yerə 150 nəfər) üzrə qeydə alınıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı oktyabrın 17-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv