Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

Qətər-Azərbaycan ali məktəbləri arasında əlaqələrin inkişafı ilə bağlı müzakirə

<b>Qətər-Azərbaycan ali məktəbləri arasında əlaqələrin inkişafı ilə bağlı müzakirə</b>

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Universitetinin rektoru Həsən Rəşid Al Derham ilə görüş keçirib

Görüşdə, ali təhsil müəssisələrində potensialın gücləndirilməsi istiqamətində ölkəmizdə görülən işlərdən, beynəlxalq təşkilatlarla və qabaqcıl təhsil sisteminə sahib ölkələrlə olan əməkdaşlıqdan bəhs edilərək, Azərbaycan Universitetləri ilə Qətər Universiteti arasında mövcud hüquqi bazaya müvafiq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi imkanları müzakirə edilib.
Qətər Universiteti incəsənət, biznes və iqtisadiyyat, hüquq, təhsil, mühəndislik, tibb və əczaçılıq kolleclərini, habelə elmi tədqiqat mərkəzlərini özündə birləşdirən 20 min tələbəyə sahib ölkənin ən böyük universitetidir.
Qətər Universitetinin rektoru Həsən Rəşid Al Derham öz növbəsində, Qətər Universiteti ilə oxşar sahələrdə ixtisaslaşmış Azərbaycan Universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi tədqiqatların aparılması və qarışlıqlı infoturların təşkilində maraqlı olduqlarını ifadə edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv