Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Peter Siyarto: Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi“ layihəsində iştirakda maraqlıdır

<b>Peter Siyarto: Macarıstan gələcəkdə “Cənub Qaz Dəhlizi“ layihəsində iştirakda maraqlıdır</b>

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” adlı Beynəlxalq forum çərçivəsində bir sıra görüşlər keçirib

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Macarıstanın xarici işlər naziri və ticarət naziri Peter Siyarto ilə görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirmə perspektivləri və növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması məsələləri müzakirə edilib.
P.Siyarto Macarıstanın gələcəkdə “Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlı olduğunu diqqətə çatdırıb və iki ölkənin müvafiq nazirlikləri arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətləri ətrafında da fikir mübadiləsi aparılıb.
Energetika naziri P.Şahbazov, həmçinin Monqolustanın energetika naziri Çerenpilin Davasurenlə görüşüb. Nazir Monqolustanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlikdən Azərbaycanın xeyrinə imtina etdiyinə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında enerji sektorunda, xüsusilə neft-qaz sahəsində geoloji kəşfiyyat işləri üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəblərində neft-qaz ixtisası üzrə təhsil imkanları nəzərdən keçirilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv