Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

BƏƏ vətəndaşının adı Azərbaycan XİN-in “qara siyahısı“ndan çıxarılıb

<b>BƏƏ vətəndaşının adı Azərbaycan XİN-in “qara siyahısı“ndan çıxarılıb</b>

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib

XİN-dən Trend-ə verilən məlumata görə, məktubunda İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.
İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.
Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv