Son xəbərlər
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Azay Quliyev ATƏT PA-da təklif verdi: Yeni təşkilat yaradılsın

<b>Azay Quliyev ATƏT PA-da təklif verdi: Yeni təşkilat yaradılsın</b>

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun Bişkekdə keçirilən payız sessiyasında çıxış edib

Trend-in məlumatına görə, A.Quliyev Mərkəzi Asiyada regional əməkdaşlığın daha da genişləndirilməsi yollarına toxunub.
Vitse-prezident, həmçinin parlament əməkdaşlığı sahəsində səmərəli platforma kimi Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb.
Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası oktyabrın 3-də Bişkekdə öz işinə başlayıb. A.Quliyev və millət vəkili Tahir Mirkişili sessiyada iştirak edirlər.
Bişkekdə 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə edilir.
Sessiya çərçivəsində A.Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv