Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
DÜNYA

Serbiya Prezidenti döyüşə hazırlıq vəziyyətini ləğv etdi

<b>Serbiya Prezidenti döyüşə hazırlıq vəziyyətini ləğv etdi</b>

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovanın şimalındakı böhranla əlaqədar tətbiq edilmiş döyüşə hazırlıq vəziyyətini ləğv edib

Trend xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:
"Serbiya Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Vuçiç müdafiə haqqında qanun çərçivəsində öz səlahiyyətlərinə uyğun olaraq, müdafiə naziri Aleksandar Vulinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Milan Moysiloviçə döyüşə hazırlıq vəziyyətinin ləğv edilməsini əmr edib".
Nazirlik qeyd edir ki, bununla belə, ordu bütün təhlükəsizlik qurumları ilə qarşılıqlı fəaliyyətdədir, vəziyyətə nəzarət edir, öz ölkəsini və harada yaşamasından asılı olmayaraq, bütün vətəndaşlarını hər an qorumağa hazırdır.
Xatırladaq ki, sentyabrın 29-da 100-dən çox kosovalı xüsusi təyinatlı Kosovanın şimalında serblərin yaşadığı əraziyə daxil olmuşdu. Bu əraziyə giriş beynəlxalq müqavilə ilə qadağan edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv