Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SİYASƏT

Belaruslu ekspert: “Polonez“ raket kompleksi Azərbaycanın hərbi potensialını daha da gücləndirəcək

<b>Belaruslu ekspert: “Polonez“ raket kompleksi Azərbaycanın hərbi potensialını daha da gücləndirəcək</b>

Azərbaycan və Belarus hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir və bununla da strateji tərəfdaşlığı möhkəmləndirir, yeni növ “Polonez” silahları isə Azərbaycanın hərbi potensialını daha da gücləndirəcək

Bunu Trend-ə belaruslu ekspert Yuri Şevtsov “Polonez” operativ-taktiki komplekslərin Azərbaycana tədarükünü şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan ödəniş qabiliyyətli ölkədir və bu, hərbi əməkdaşlıq sahəsində nəzərə çarpır:
“Azərbaycan qısa müddət əvvəl yeni Belarus raket sistemini alıb. Bu sistem Belarus üçün çox vacibdir. İlk dəfə Belarus öz raketini istehsal edib. Bu sistem ixrac üçün nəzərdə tutulub. Azərbaycan bu sistemin beynəlxalq silah bazarına yolunu açan ilk vacib ölkə oldu”.
Ekspert əlavə edib ki, bu gün “Polonez”in iki versiyası var – “Polonez-1” və “Polonez-2”:
“Bundan başqa, “Polonez-3” modeli hazırlanır və fikrimcə, Azərbaycan bu modeli də almağı arzulayacaq”.
Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.
“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv