Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
İQTİSADİYYAT

İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

<b>İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub</b>

İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb

Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfərləri, bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabrda isə Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Şahin Mustafayev Azərbaycanda 95 İtaliya şirkətinin qeydiyyatdan keçdiyini, bu şirkətlərin dövlət əsaslı 41 podrat layihəsində iştirak etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.
Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır. Azərbaycan və İtaliyanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini və bu sahədə birgə layihələr həyata keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, infrastruktur, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini yüksək səviyyəli qarşılıqlı səfərlərin uğurlu olduğunu vurğulayıb, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əməkdaşlığın inkişafına dair müzakirələrin aparıldığını qeyd edib. Səfir İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə layihələr reallaşdırmaqda maraqlı olduqlarını diqqətə çatdıraraq, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv