Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İQTİSADİYYAT

Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş keçirib

<b>Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş keçirib</b>

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib

Tədbirdə qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.
Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov çıxış edərək bildirib ki, bu iclas cari ilin 27 sentyabr tarixində keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilib. Bildirilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub. Səməd Qurbanov vurğulayıb ki, Şura tərəfindən Azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.
Sonda sahibkarların çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv