Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq

<b>Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq</b>

Şənbə və bazar günləri gecə saatlarında 2 ərazidə hərəkət məhdudlaşdırılacaq

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 6 oktyabr axşam saat 11:00-dan 7 oktyabr səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində, növbəti gün, yəni 7 oktyabr axşam saat 11:00-dan 8 oktyabr səhər saat 06:00-a qədər (7 saat) isə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından şəhər istiqamətində köməkçi yolun Bağırov körpüsünün altından keçən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.