Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
İQTİSADİYYAT

Azərbaycanda İLK DƏFƏ - Arıçılara subsidiya veriləcək, arı ailələri pasportlaşdırılacaq

<b>Azərbaycanda İLK DƏFƏ - Arıçılara subsidiya veriləcək, arı ailələri pasportlaşdırılacaq</b>

Azərbaycanda noyabrın ortalarından etibarən arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılacaq

Bunu özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək:
“Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”.
Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər.
V.Hüseynov əlavə edib ki, oktyabrın ortalarından başlayaraq, Kənd Təsərrüfatı Nazirliyində yaradılmış xüsusi komissiya bölgələr üzrə arı ailələrinin pasportlaşdırılmasına başlayacaq və hər arı ailəsinə identifikasiya kodu veriləcək. Bunun əsasında ilk dəfə olaraq, Azərbaycandakı arı ailələrinin dəqiq statistikası aparılacaq:
“İndi arı ailələrinin sayı ilə bağlı müxtəlif rəqəmlər var. Bəziləri Azərbaycanda 300 min, bəziləri isə 360 min arı ailəsinin olduğunu deyirlər. Amma tam qeydiyyat aparıldıqdan sonra onların sayı dəqiqləşdiriləcək”.
V.Hüseynov qeyd edib ki, subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır:
“Arıçılar məhsul yığımında arının balını tam olaraq götürürlər. Bu halda arılar qida problemi ilə üzləşdiyindən mart-aprel ayında artıq arı ailələrinin çoxu məhv olur. Buna görə də dövlət subsidiya verir ki, arının balını özünə saxlasınlar, arı ailələri ölməsin”.
V.Hüseynov əlavə edib ki, subsidiyaların verilməsi arıçılıq məhsullarının ixrac imkanlarını genişləndirə bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv