Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aİİ-ni ziyarət edib

<b>İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aİİ-ni ziyarət edib </b>

İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib

Səfiri institutda görməkdən məmnunluğunu bildirən Aİİ rektoru ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Rektor C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Rektor Aİİ haqqında ümumi məlumat verərək institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və təhsil standartlarından bəhs edib. Bildirilib ki, Aİİ-də tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və digər sosial və humanitar elmlərin mənimsənilməsi imkanına malikdirlər.
İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlamasını böyük məmnunluqla qarşıladığını, institutun məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini bildirib. İndoneziya haqqında məlumat verən səfir ölkənin ali təhsil mərkəzləri, o cümlədən, İslam universitetləri haqqında danışıb. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu bildirən H.Fanani ölkəmizin ona doğma olduğunu vurğulayıb. İndoneziyanın ölkəmizlə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən səfir Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında danışıb, azərbaycanlı alimlərdən Seyid Yəhya Bakuvinin əsərlərinin İndoneziya universitetlərində tədris olunduğunu deyib. H.Fananie İndoneziya universitetləri ilə Aİİ arasında əlaqələrin təşkili, təcrübi mübadilə məsələlərinə toxunub, əməkdaşlığın yaradılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Görüşdə gələcək əməkdaşlıqla yanaşı, tələbə-müəllim mübadiləsi, birgə seminarların təşkili və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv