Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

“MSK üzvlərinə də diplomatik pasport verilməlidir”

<font color=red><b>“MSK üzvlərinə də diplomatik pasport verilməlidir”</b></font>

Qüdrət Həsənquliyev: “Bu məsələ uzun müddətdir qaldırılır və niyə müsbət həllini tapmır?”

“Zaman zaman Milli Məclisdə mən və digər millət vəkilləri tərəfindən bu məsələ qaldırılıb. Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahov tərəfindən də bizim dövlət qurucluğu və hüquq siyasəti komitəsinə rəsmi məktub göndərilib. Amma Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportun verilməsi ilə bağlı məsələ müsbət həllini tapmır”
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasport verilməlidir: “Oqtay müəllim, bir daha fikrimi onunla əsaslandırıram ki, biz hətta Məhkəmə Hüquq Şurasının üzvlərinə diplomatik pasport vermişik. Onlar bilirsiniz ki, həm də hakimləri seçirlər. Amma mən sadəcə sual vermək istəyirəm. Məntiq hardadır ki, tutaq ki, həm də hakimi seçən bir qurumun üzvlərinə biz diplomatik pasport veririk, amma prezidenti, Azərbaycan Respublikasının Milli məclisinin üzvlərini seçən bir qurumun üzlərinə biz diplomatik pasport vermirik. Yeri gəlmişkən onu da qeyd edim ki Mərkəzi Seçki Komissiyasının üzvləri – mən də Mərkəzi Seşki Komissiyasının katibi kimi fəaliyyət göstərmişəm - müxtəlif konfranslara dəvət olunurlar, ayrı-ayrı ölkələrdə seçkiləri müşahidə etmək üçün mütəmadi olaraq səfərlər edirlər. Ona görə də Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasportun verilməməsi mənim üçün başadüşülən deyil. Oqtay müəllim, xahiş edirəm özünüz əlaqə saxlayın, bəlkə orada, Prezident Administrasiyasında hansısa şöbənin, hansısa problemi var bu məsələ ilə bağlı. Nəhayət bu məsələyə aydınlıq gəməlidir ki, bu məsələ uzun müddətdir qaldırılır və niyə müsbət həllini tapmır?”.

Əli









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv