Son xəbərlər
10 DEKABR
07 DEKABR
06 DEKABR
SOSİAL

Sabirabad rayonunda 83 yulğun kolunun kökündən çıxarılması faktı aşkarlanıb

<b>Sabirabad rayonunda 83 yulğun kolunun kökündən çıxarılması faktı aşkarlanıb</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Sabirabad rayonunun Salmanlı kəndi ərazisində yaşköküstə 83 yulğun kolunun kökündən çıxarılması faktını aşkarlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı yulğun kollarının Salyan rayonunun Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı müəyyənləşib.
Faktla bağlı V.Babayev barəsində akt tərtib edilib və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Sabirabad Rayon Prokurorluğuna göndərilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv