Son xəbərlər
22 OKTYABR
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
SİYASƏT

Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar olub

<b>Ötən il Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar olub</b>

2017-ci ildə Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsi 200 milyon dollar təşkil edib

Bu barədə AZƏRTAC-a İsveçrənin Federal Şurasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan və İsveçrənin ticarət münasibətlərini genişləndirmək üçün yaxşı potensial var. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 200 milyon dollar olub. İkitərəfli münasibətlərin mövcud səviyyəsi ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq.
İsveçrənin Federal Şurasında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün aparılan islahatlara toxunarkən bildirilib ki, Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektorunun genişləndirilməsi üçün islahatlar aparılır. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və hökumət səviyyəsində təmaslar özəl sektora biznes üçün yeni imkanlar yaradır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv